Avropa birinciliyi: Daha iki boksçumuz mübarizəyə qoşulacaq

A- A A+

Gürcüstanın paytaxtı Tbilisidə yeniyetmə boksçular arasında Avropa birinciliyi davam edir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yarışın ikinci günündə 2 boksçumuz mübarizəyə qoşulacaq. Yığmamızın üzvü Nadir Məlikov (57 kq) Davide Pasçazionu (İtaliya), Fuad Babayev (60 kq) isə Asen Asenovu (Bolqarıstan) sınağa çəkəcək.

Qeyd edək ki, qitə birinciliyinin birinci günündə boksçularımızdan Mahir Süleymanov (52 kiloqram) slovakiyalı Dusan Bobekə qalib gələrək səkkizdəbir finala vəsiqə qazanıb.

Otuz ölkədən 339 (224 oğlan, 115 qız) boksçunun mübarizə apardığı yarışda final görüşləri iyulun 11-də baş tutacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: