Tokioda keçiriləcək XVI Yay Paralimpiya Oyunlarının başlamasına 50 gün qalıb

A- A A+

Yaponiyanın paytaxtı Tokioda keçiriləcək XVI Yay Paralimpiya Oyunlarının başlamasına 50 gün qalıb.

NUHÇIXAN İnformasiya Agentliyi Azərbaycan Milli Paralimpiya Komitəsinə istinadla xəbər verir ki, milli komandamız bu günədək 6 idman növündə ümumilikdə 31 lisenziya qazanıb. Onlardan 11-i cüdo, 8-i atletika, 4-ü parataekvando, 3-ü üzgüçülük, 3-ü pauerliftinq və 2-si güllə atıcılığı növündədir. Azərbaycan Paralimpiya tarixində bu rekord göstəricidir.

İyulun 30-da milli Paralimpiya komandamızın lisenziya gözləntiləri var və onlar tədricən elan ediləcək.

Qeyd edək ki, Azərbaycan milli komandası “Rio-2016” XV Yay Paralimpiya Oyunlarına 22 lisenziya qazanmışdı.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: