Azərbaycanın 3 güləşçisi Avropa çempionatının yarımfinalına yüksəlib

A- A A+

Azərbaycanın 3 yunan-Roma güləşçisi Rusiyanın Kaspiysk şəhərində start götürən Avropa çempionatında yarımfinala yüksəlib.

Naxcivantv.az-ın məlumatına görə, bunlar Eldəniz Əzizli, Elvin Mürsəliyev və İslam Abbasovdur. Mürsəliyev ardıcıl olaraq, italiyalı və polşalı rəqiblərini üstələyib. Abbasov israilli və macarıstanlı rəqiblərindən üstün olub.

Mübarizəyə 1/4 finaldan başlayan Eldəniz Əzizli isə gürcüstanlı rəqibini mübarizədən kənarlaşdırıb.

Hər 3 güləşçi yarımfinalda Rusiya təmsilçiləri ilə qarşılaşacaq.

55 kq

1/2 final. Eldəniz Əzizli - Vasili Topoyev (Rusiya)

1/4 final. Nuqzari Tsurtsumiya (Gürcüstan) - Eldəniz Əzizli

63 kq

1/8 final. Levani Kavjaradze (Gürcüstan) - Taleh Məmmədov - 4:0

77 kq

1/2 final. Elvin Mürsəliyev - Roman Vlasov (Rusiya)

1/4 final. Elvin Mürsəliyev - Matuş Lukaş Volni (Polşa) - 7:2

1/8 final. Elvin Mürsəliyev - Rikkardo Vito Abbreşia (İtaliya) - 12:8

87 kq

1/2 final. İslam Abbasov -Bekxan Ozdoev (Rusiya)

1/4 final. İslam Abbasov - Viktor Lorinç (Macarıstan) - 3:1

1/8 final. İslam Abbasov - Roman Jernovetski (İsrail) - 9:0

130 kq

1/8 final. Vladislav Voronyi (Ukrayna) - Türmən Eyyubov - 3:0

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: