Bu gün "Qarabağ" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxacaq. NUHÇIXAN xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv səfərdə Belarusun BATE komandası ilə üz-üzə gələcək.
"Borisov Arena"da baş tutacaq matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu komandalar arasındakı ilk matç Belarus klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam təmsilçisinin aparıcı futbolçularında hesab olunan Dani Kintana zədə səbəbindən bu qarşılaşmada iştirak edə bilməyəcək.
Qeyd edək ki, “Qarabağ” - BATE cütünün qalibi ÇL-in pley-off mərhələsində Hollandiyanın PSV komandası ilə qarşılaşacaq. Azərbaycan çempionu qitənin ən nüfuzlu klub turnirində mübarizəni dayandırarsa, Avropa Liqasının pley-off mərhələsində "Şerif" (Moldova) - "Valür" (İslandiya) duelinin güclüsü ilə üz-üzə gələcək.