Azərbaycanı Tokio-2020 Yay Olimpiya Oyunlarında təmsil edəcək idmançıların sayı məlum olub

A- A A+

Azərbaycanı Tokio-2020 Yay Olimpiya Oyunlarında təmsil edəcək idmançıların sayı məlum olub.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, ölkəmizi oyunlarda 44 idmançı təmsil edəcək.

 İdmançıların 9-u cüdo, 7-si güləş, 5-i bədii gimnastikanın qrup hərəkətləri üzrə komanda, 1-i fərdi çoxnövçülük, 5-i boks, 3-ü karate, 2-si atletika, 2-si üzgüçülük, 2-si taekvondo, 2-si idman gimnastikası, 1-i güllə atıcılığı, 1-i şosse velosipedi, 1-i qılıncoynatma, 1-i badminton, 1-i triatlon, 1-i isə stend atıcılığı (vayld-kart) növlərində mübarizə aparacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: