Türkiyənin "Fənərbağça" komandası futbolçusu Gökhan Gönüllə yollarını ayırıb.
NUHÇIXAN İnformasiya Agentliyi klubun rəsmi saytına istinadən xəbər verir ki, 36 yaşlı müdafiəçi ilə başa çatmış müqavilənin müddəti uzadılmayıb.
Təcrübəli oyunçuya təşəkkür edən İstanbul təmsilçisi ona gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, daha əvvəl 2007 - 2016-cı illərdə "Fənərbağça"nın formasını geyinmiş Gökhan Gönül ötən mövsümün əvvəlində "Beşiktaş"dan transfer edilmişdi.