“Dinamo” (Tbilisi) ilə matçda "Neftçi" hesabda önə çıxıb

A- A A+

UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Bakıdakı "Bakcell Arena"da “Neftçi”- “Dinamo” (Tbilisi) matçı davam edir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, moldovalı baş hakim Dumitri Munteanın idarə etdiyi oyunun birinci hissəsində hesab açılmayıb.

İkinci hissəyə daha fəal başlayan "Dinamo" futbolçuları görüşün 51-ci dəqiqəsində istəklərinə çatıblar. Belə ki, Milan Radin oyunda hesabı açıb. Kobud oyuna görə, Tbilisi təmsilçisinin qapısına təyin olunan penalti zərbəsini matçın 58-ci dəqiqəsində dəqiq yerinə yetirən Emin Mahmudov hesabı bərabərləşdirib - 1:1. On bir dəqiqə sonra "Neftçi"nin futbolçusu Namiq Ələsgərov komandasını hesabda önə çıxarıb -2:1.

Hazırda ikinci hissə davam edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: