Kikboksinq üzrə muxtar respublika turnirinə yekun vurulub - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən turnirdə 150-yə yaxın idmançı mübarizə aparıb.
Turnirin qalibləri 7-8, 9-10 və 11-12 yaş kateqoriyalarında müxtəlif çəki dərəcələri üzrə müəyyənləşib. Komanda hesabında "Turan" döyüş klubu birinci olub. "Kəngərli" ikinci sırada, "Naxçıvan", "Şərur", "Culfa" və "Odlar Yurdu" komandaları isə növbəti yerlərdə qərarlaşıblar.
İlk üçlükdə qərarlaşan idmançılar diplom və medallarla təltif olunublar.