Futbol üzrə UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində saat 21:00-da başlayacaq cavab matçında qarşılaşacaq BATE-“Qarabağ” görüşü üçün start heyətlər açıqlanıb.
NUHÇIXAN xəbər verir ki, “Qarabağ”ın start heyətində Hannes Halldorsson, Qara Qarayev, Maksim Medvedev, Simeon Slavçev, İnnosent Emeqara Miçel, Mahir Mədətov, Rəşad Sadıqov, Abdullah Zubir, Bədavi Hüseynov, Donald Gerye alıblar.
BATE-nin ilk onbirliyində isə meydana Denis Şerbiçki, Aleksandr Filipiviç, Yevgeni Yablonski, Stanislav Draqun, Mirko İvaniç, Nikolay Ciqneviç, Aleksey Rios, Eqor Filipenko, İqor Staseviç, Dmitri Baqa, Maksim Volodko çıxacaqlar.
“Borisov Arena”da keçiriləcək qarşılaşmanı Latviyadan olan hakimlər briqadası idarə edəcək.
Oyunun baş hakimi Andris Treymanis olacaq. Ona yan xətt hakimləri Haralds Qudermanis və Alekseys Spasjonnikovs kömək edəcəklər. Oyunda dördüncü hakim funksiyasını isə Aleksandrs Qolubevs yerinə yetirəcək.
Oyun “CBC Sport” telekanalında birbaşa yayımlanacaq.
Bu komandalar arasında Bakıda keçirilmiş ilk oyun Belarus təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
BATE-“Qarabağ” qarşılaşmasının qalibi pley-off mərhələsində Hollandiyanın “PSV Eyndhoven” komandası ilə üz-üzə gələcək. Mübarizəni dayandıran klub isə UEFA Avropa Liqasının pley-off mərhələsində “Şerif” (Moldova)–“Valur” (İslandiya) oyununun qalibi ilə görüşəcək.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.