"Qarabağ" futbol klubu UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Belarusun BATE komandası ilə qarşılaşıb.
NUHÇIXAN-ın məlumatına görə, oyunun 20-ci dəqiqəsində BATE-nin oyunçusu M.İvaniç hesabı açıb - 1:0. Oyunun 54-cü dəqiqəsində "Qarabağ"ın ispaniyalı oyunçusu Miçel hesabı bərabərləşdirib - 1:1.
Matçın 77-ci dəqiqəsində "Qarabağ"ın hücumçusu Emeqara ikinci sarı vərəqə alaraq meydandan qovulub. Oyun 1:1 hesabı ilə başa çatıb.
İlk oyun BATE komandasının 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.
Beləliklə, Belarusun BATE komandası Çempionlar Liqasının "pley-off" mərhələsinə, "Qarabağ" isə Avropa Liqasının "pley-off" mərhələsinə yüksəlib.