"Qarabağ" klubu UEFA-ya iştirak ərizəsini təqdim edib

A- A A+

Ağdamın "Qarabağ" futbol klubu UEFA Avropa Konfrans Liqasının ikinci təsnifat mərhələsində İsrailin "Aşdod" komandası ilə oyunlar üçün iştirak ərizəsini UEFA-ya göndərib.

NUHÇIXAN İnformasiya Agentliyi klubun saytına istinadla xəbər verir ki, region təmsilçisinin açıqladığı siyahıda 22 futbolçuya yer verilib. Onların 2-i qapıçı, 7-si müdafiəçi, 8-i yarımmüdafiəçi, 6-sı isə hücumçudur.

İştirak ərizəsində qapıçılardan Şahruddin Məhəmmədəliyev, Emil Balayev, müdafiəçilərdən Rahil Məmmədov, Maksim Medvedev, Marko Veşoviç, Abbas Hüseynov, Elvin Cəfərquliyev, Bədavi Hüseynov, Kevin Medina, yarımmüdafiəçilərdən Qara Qarayev, Patrik Andrade, Uroş Matiç, Abdullah Zubir, Xayme Romero, İsmayıl İbrahimli, Filip Ozobiç, Kadi Borqes, hücumçulardan Ramil Şeydayev, Ayhan Arazlı, Musa Qurbanlı, Zamiq Əliyev, Toral Bayramov və Nihad Quliyevin adı yer alıb.

Qeyd edək ki, “Qarabağ”la “Aşdod” arasında ilk matç iyulun 22-si Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Görüş 20:00-da başlayacaq. Cavab oyunu isə iyulun 29-da İsraildə olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: