"Çelsi" Avropa çempionu ilə müqaviləni uzadır

A- A A+

İngiltərənin "Çelsi" klubu futbolçusu Jorjinyo ilə müqavilənin müddətini uzatmağa yaxındır.

NUHÇIXAN İnformasiya Agentliyi İtaliya mətbuatına istinadən xəbər verir ki, tərəflər artıq danışıqlar prosesinə start verib.

30 yaşlı yarımmüdafiəçinin "zadəganlar"la hazırkı sözləşməsi 2023-cü ilin yayında başa çatır.

Qeyd edək ki, Jorjinyo 2018-ci ildən "Çelsi"nin formasını geyinir. O, Avropa çempionatında İtaliya millisi ilə çempion olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: