Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Ağbulaq İstirahət Mərkəzində təşkil olunan “Yay Məktəbi”nin növbəti qonaqları Naxçıvan Musiqi Kollecinin tələbələri olub.
Yay məktəbi çərçivəsində musiqiçi tələbələr “Oxunması zəruri olan kitablar” əsasında hazırlanan Nə? Harada? Nə zaman? İntellektual Oyununda öz biliklərini sınayıb və müxtəlif idman növləri ilə məşğul olublar. Gənclər “Girdab” bədii filminə baxıblar.
Qeyd edək ki, Yay məktəbi avqustun 17-dək davam edəcək.