UEFA Çempionlar Liqası: "Neftçi" klubu "Olimpiakos"a minimal hesabla məğlub olub

A- A A+

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Olimpiakos" (Yunanıstan) - "Neftçi" (Bakı) matçı başa çatıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Yunanıstanın Pirey şəhərindəki "Georgios Karaiskakis" stadionunda keçirilən qarşılaşma "Olimpiakos"un qələbəsi ilə yekunlaşıb -1:0.

Oyunun 29-cu dəqiqəsində Yunanıstan təmsilçisinin heyətində Məhəmməd Kamara fərqlənib.

Komandalar arasında cavab oyunu bir həftə sonra Bakıda təşkil olunacaq.

"Neftçi" Çempionlar Liqasında mübarizəyə birinci təsnifat mərhələsindən başlayıb. Bakı təmsilçisi Gürcüstanın "Dinamo" (Tbilisi) komandasını hər iki oyunda eyni hesabla yenib - 2:1. "Olimpiakos" isə birbaşa bu mərhələdən çıxış etməyə başlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: