Tokio-2020: Azərbaycan nümayəndə heyəti paraddan keçib - FOTOLAR

A- A A+

Azərbaycan nümayəndə heyəti Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimindəki paraddan keçib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, tədbirdə 27 nəfərlik heyət iştirak edib.

Onların arasında idmançılarla yanaşı, Azərbaycan yığmasının şef de-missionu Fərid Mansurov da yer alıb.

Azərbaycan bayrağını cüdoçu Rüstəm Orucov və taekvondoçu Fəridə Əzizova daşıyıb.

Pandemiya ilə əlaqədar nümayəndə heyətləri arasında böyük ara məsafəsi olub.

İştirakçılar rəsmi nümayəndələrdən ibarət 950 tamaşaçı ilə yanaşı, boş tribunaları da salamlayıblar.

Qeyd edək ki, Tokio-2020-nin bağlanış mərasimi avqustun 8-də keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: