Şahmatçımız Eltac Səfərli Serbiyada keçirilən beynəlxalq turnirin qalibi olub

A- A A+

Serbiyada keçirilən beynəlxalq turnirdə Azərbaycan şahmatçısı Eltac Səfərli uğurla çıxış edib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, şahmatçımız 6 xalla bütün rəqiblərini qabaqlayaraq turnirin qalibi olub. İkinci yeri şahmatçımızla eyni xalı yığan və əlavə göstəricilərə görə, ondan geri qalan Aleksey Polçikov tutub. Üçüncü pillədə isə 5,5 xalla monteneqrolu Draqan Kosic qərarlaşıb.

İsveçrə sistemi üzrə keçirilən yarış 9 turdan ibarət olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: