Azərbaycanın kişilərdən ibarət voleybol yığması İsveçin komandası ilə qarşılaşacaq

A- A A+

Bu gün Azərbaycanın kişilərdən ibarət voleybol yığması Avropa çempionatının seçmə turnirində çıxışlara başlayır.

NUHÇIXAN xəbər verir ki, “Dərnəgül” mərkəzində keçiriləcək qrup mərhələsinin birinci turunda komandamız İsveç voleybolçularına qarşı çıxış edəcək. Görüş Bakı vaxtı ilə saat 18.00-da başlayır. Azərbaycan-İsveç matçını türkiyəli Bülənt Bozkurt və israilli Tiranu Şiano idarə edəcəklər.

Avqustun 18-də yığmamız Lüksemburq komandası ilə qarşılaşacaq.

Qrup mərhələsinin nəticələrinə görə, qalib final dərəcəsinə çıxacaq, ikinci yeri tutan 6 komanda 5 vəsiqə iddiasında olacaq. Seçmə turnirində cəmi 28 yığma iştirak edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: