“Tokio-2020”: Rüstəm Orucov dörddəbir finala yüksəlib

A- A A+

Azərbaycan cüdoçusu Rüstəm Orucov (73 kq) Tokio Olimpiadasında ikinci qələbəsini qazanıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, cüdoçumuz səkkizdəbir finalda Somon Makhmadbekovla (Tacikistan) görüşüb. Rəqibinə vazari xalı ilə qalib gələn R.Orucov dörddəbir finala vəsiqə qazanıb.

Qeyd edək ki, Rüstəm Orucov onaltıdabir finalda rusiyalı cüdoçu Musa Moquşkovu mübarizədən kənarlaşdırıb. Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: