Naxçıvanda gənclərin “Yay məktəbi”nə start verildi - FOTOLAR

A- A A+

Gənclərin istirahətinin səmərəli təşkili məqsədilə Ağbulaq İstirahət Mərkəzində “Yay məktəbi” fəaliyyətə başlayıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, nazirlik, Gənclər Fondu, Həmkarlar İttifaqları Şurası, YAP Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyi və Heydər Əliyev adına Gənclər Birliyi tərəfindən təşkil olunan ənənəvi “Yay məktəbi” 3 gün davam edəcək. Layihənin proqramına əsasən, bu müddət ərzində təlim, konsert proqramı, müxtəlif idman oyunları, müsabiqələr, intellektual yarışlar təşkil olunacaq və Azərbaycan filmləri nümayiş etdiriləcək.

Qeyd edək ki, “Yay məktəbi”nə Naxçıvan Dövlət Universiteti, “Naxçıvan” Universiteti və Naxçıvan Müəllimlər İnstitutunda təhsil alan tələbələr cəlb olunublar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: