“Tokio-2020”nin dördüncü günündə medal qazanan ölkələr siyahısına Yaponiya liderlik edir

A- A A+

İyulun 26-da - “Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarının ikinci günündə 51 ölkənin idmançıları medal qazanıblar.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, medal siyahısına Yaponiya komandası liderlik edir. Bu ölkənin idmançıları 8 qızıl, 2 gümüş və 3 bürünc medal qazanıblar. İkinci pillədə 7 qızıl, 3 gümüş və 4 bürünc medalla ABŞ təmsilçiləri, Çin atletləri isə 6 qızıl, 5 gümüş və 7 bürünc medalla üçüncü pillədə qərarlaşıblar.

Rusiya Olimpiya Komitəsi 4 qızıl, 5 gümüş, 3 bürünc medalla dördüncü, Böyük Britaniya isə 3 qızıl, 3 gümüş və 1 bürünc medalla beşincidir. Digər pillələrdə Koreya Respublikası (3 qızıl, 4 bürünc), Avstriya (2-1-3), Kosovo (2 qızıl), İtaliya (1-4-4) və Fransa (1-2-2) qərarlaşıblar.

Avqustun 8-dək davam edəcək XXXII Yay Olimpiya Oyunlarında 204 Milli Olimpiya Komitəsindən 11 min atlet idmanın 33 növü üzrə 339 dəst medal uğrunda mübarizə aparır.

Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur. Ölkəmiz yeddinci dəfədir Yay Olimpiya Oyunlarında iştirak edir. Olimpiya komandamız, həmçinin 6 Qış Olimpiya Oyunlarında gücünü sınayıb. Milli komandamızın Olimpiya Oyunlarında debütü “Atlanta-1996” Qış Olimpiya Oyunlarına təsadüf edib. Azərbaycan komandası medalların sayına görə ən böyük uğurunu “Rio-2016”da qazanıb. Həmin Olimpiadaya 56 idmançı ilə qatılan komandamız 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: