“Tokio-2020”: Murad Fətiyev rəqibi görüşə çıxmadığı üçün səkkizdəbir finala yüksəlib

A- A A+

“Tokio-2020” Yay Olimpiya Oyunları davam edir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Olimpiadanın beşinci günündə - iyulun 27-də Azərbaycanın daha bir cüdoçusu mübarizəyə başlayıb. On altıdabir final mərhələsində Murad Fətiyevin (81 kq) ilk rəqibi Frederik Harris (Sierra Leone) olub. Cüdoçumuzun rəqibi görüşə çıxmadığı üçün o, səkkizdəbir finala yüksəlib

Qeyd edək ki, cüdo komandamızın aktivində hələlik medal yoxdur. Cüdoçularımızdan ən yaxşı nəticəni Rüstəm Orucov (73 kq) qazanıb – 5-ci yer.

Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: