"Mançester Yunayted" "Real Madrid"dən müdafiəçi alır

A- A A+

İngiltərənin "Mançester Yunayted" klubu futbolçu Rafael Varanın transferinə dair İspaniya "Real Madrid"i ilə razılığa gəlib.

NUHÇIXAN İnformasiya Agentliyinin "Sky Sports"a istinadən məlumatına görə, tərəflər bonuslar da nəzərdə alınmaqla, 41 milyon funt sterlinqə (48 milyon avro) anlaşıblar. 28 yaşlı müdafiəçi tibbi müayinədən sonra rəsmi müqaviləyə imza atacaq.

Qeyd edək ki, Rafael Varan "Real Madrid"ə 2011-ci ildə Fransa "Lans"ından keçib. O, ötən mövsüm İspaniya çempionatında 31 oyuna 2 qol vurub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: