Hacı Əliyev: "Xalqımızın gözü güləşçilərdədir"

A- A A+

"Bütün xalqımızın, millətimizin gözü güləşçilərdədir. Həmişə güləşçilər axıra qalır və gözəl nəticə göstərirlər".

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu Azərbaycan sərbəst güləşçisi Hacı Əliyev Tokio Yay Olimpiya Oyunlarına səfər öncəsi federasiyanın rəsmi saytına açıqlamasında deyib.

3 qat dünya və 3 qat Avropa çempionu yenə olimpiadada uğurla çıxış edəcəklərinə inam ifadə edib: "Olimpiadaya tam heyətlə yollanmasaq da, güclü idmançılarla qatılırıq. Məncə, gözəl nəticə göstərəcəyik. Çünki həqiqətən də çox yaxşı məşqlər etmişik, böyük əziyyət çəkmişik. İnanıram ki, çəkdiyimiz əziyyət yerdə qalmayacaq".

Qeyd edək ki, Tokio-2020-də güləş yarışları 1 - 7 avqustda olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: