Cüdoçumuz Məmmədəli Mehdiyev Tokio Olimpiadasına qələbə ilə başlayıb

A- A A+

Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev Tokio Olimpiadasına qələbə ilə başlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 90 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Qazaxıstan idmançısı İslam Bozbayevə qalib gəlib.

Cüdoçumuz növbəti döyüşünü Mixail İqolnikova (Rusiya Olimpiya Komitəsi) qarşı keçirəcək.

Qeyd edək ki, Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur. Azərbaycan komandası medalların sayına görə ən böyük uğurunu “Rio-2016”da qazanıb. Həmin Olimpiadaya 56 idmançı ilə qatılan komandamız 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: