Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, 90 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində rusiyalı Mixail İqolnikovla üz-üzə gəlib.
Rəqibinə vazari xalı ilə məğlub olan Mehdiyev olimpiada ilə vidalaşıb.
Qeyd edək ki, Azərbaycan Tokio-2020-də 9 cüdoçu ilə təmsil edilir. Daha əvvəl Kəramət Hüseynov (60 kq), Aişə Qurbanlı (48 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq) və Murad Fətiyev (83 kq) yarışı medalsız başa vurub. Orucov bürünc medal uğrunda görüşdə uduzub və 5-ci yerlə kifayətlənib.