“Tokio 2020”: Azərbaycan badmintonçusu ikinci görüşündə məğlub olub

A- A A+

Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Tokio Yay Olimpiya Oyunlarında ikinci görüşünə çıxıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, kişi badmintonçuların şəxsi yarışında yeganə təmsilçimiz “L” qrupunda ikinci görüşündə danimarkalı Anders Antonsenlə üz-üzə gəlib. Təmsilçimiz rəqibinə 0:2 hesabı ilə uduzub.

Qeyd edək ki, E.R.Dviçayo birinci görüşdə vyetnamlı Tien Minh Nguyeni 2:0 hesabı ilə məğlub edib. Həmçinin danimarkalı A.Antonsendə ilk görüşündə T.M.Nguyeni 2:0 hesabı ilə üstələyib.

Turnirin reqlamentinə əsasən, 14 qrupda ilk sırada yer alacaq badmintonçular və iki ən yaxşı ikinci pillənin sahibi səkkizdəbir final mərhələsinə vəsiqə qazanacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: