UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən "Neftçi"-“Olimpiakos” matçının birinci hissəsi başa çatıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Bakcell Arena”da keçirilən matçın 15-ci dəqiqəsində rəqib komanda hesabı açıb. İspaniyalı baş hakim Rikardo de Burqos idarə etdiyi oyunda Giorqos Masuras fərqlənib.
Matçın birinci hissəsi "Olimpiakos"un minimal üstünlüyü ilə başa çatıb - 1:0.
Qeyd edək ki, ilk görüşdə “Neftçi” rəqibinə 0:1 hesabı ilə uduzub. Bu cütün qalibi növbəti mərhələdə “Mura” (Sloveniya) - “Lüdoqorets” (Bolqarıstan) oyununun güclüsü ilə üz-üzə gələcək. Uduzan tərəf isə UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində HİK (Finlandiya) ilə qarşılaşacaq.