Cüdoçumuz Zelim Kotsoyev "Tokio-2020"ni medalsız başa vurub

A- A A+

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Tokio Olimpiadasında növbəti görüşünü keçirib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız kanadalı Şadi Elhanasa məğlub olub. Cüdoçumuz startda fransalı Aleksandr İddira qalib gəlib.

Azərbaycan "Tokio-2020"də 9 cüdoçu ilə təmsil edilir. Daha əvvəl Kəramət Hüseynov (60 kq), Aişə Qurbanlı (48 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq), Murad Fətiyev (83 kq) və Məmmədəli Mehdiyev (91 kq) yarışı medalsız başa vurublar. R.Orucov bürünc medal uğrunda görüşdə uduzub və 5-ci yerlə kifayətlənib.

Qeyd edək ki, Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur. Azərbaycan komandası medalların sayına görə ən böyük uğurunu “Rio-2016”da qazanıb. Həmin Olimpiadaya 56 idmançı ilə qatılan komandamız 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: