Azərbaycan boksçusu Məhəmməd Abdullayev (91 kq-dan yuxarı) Tokio Olimpiadasında mübarizəni dayandırıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təmsilçimiz ikinci döyüşündə özbəkistanlı dünya və üçqat Asiya çempionu Baxodir Jalolov ilə qarşılaşıb. Döyüş boksçumuzun məğlubiyyəti ilə başa çatıb.
Daha əvvəl boksçularımızdan Tayfur Əliyev (57 kq) və Lorenso Sotomayor (69 kq) da Olimpiadaya erkən vida ediblər.