Çempionlar Liqasında ötən mövsümün ən yaxşı qolu açıqlanıb

A- A A+

UEFA Çempionlar Liqasının 2020/2021 mövsümündə ən yaxşı qolun müəllifi bəlli olub.

NUHÇIXAN İnformasiya Agentliyi Avropa futbol qurumunun rəsmi tvitter hesabına istinadən xəbər verir ki, azarkeşlərin səsverməsinə əsasən bu ada Portuqaliya "Portu"sunda çıxış edən Mehdi Terami layiq görülüb.

İranlı hücumçunun 1/8 final mərhələsinin cavab matçında İngiltərənin "Çelsi" klubuna 90+3-cü dəqiqədə vurduğu baxımlı qol ən yaxşı seçilib. Teraminin qolu matçda yeganə olub.

İlk qarşılaşmada 0:2 hesabı ilə uduzan Portuqaliya təmsilçisi mübarizəni dayandırıb. "Çelsi" finalda "Mançester Siti"ni məğlub edərək turnirin qalibi olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: