“Azərbaycan-Türkiyə gənclərinin Zəfər Düşərgəsi”ndə yadda qalan daha bir gün - VİDEO
Naxçıvan şəhərinin ev sahibliyi etdiyi “Azərbaycan-Türkiyə gənclərinin Zəfər Düşərgəsi”nin iştirakçıları üçüncü günü də rəngarəng və yaddaqalan proqramla başa vurublar.
İki dost və qardaş ölkənin gənclər təşkilatlarının birgə dəstəyi ilə baş tutan və 200-dən artıq gəncin bir araya gəldiyi düşərgənin geridə qoyulan üçüncü günündə iştirakçılar günə Azərbaycanın incisi sayılan Ordubad rayonunu ziyarətlə başlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi Naxçıvan televiziyasının əməkdaşlarının Zəfər düşərgəsinin üçüncü günü ilə bağlı hazırladığı videomaterialı təqdim edir:
Rəmzi Tahirli