Tokio-2020: Azərbaycan cüdoçusu bürünc medal qazandı

A- A A+

Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska Tokio-2020 Yay Olimpiya Oyunlarında sonuncu görüşünü keçirib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, 78 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançı bürünc medal uğrunda görüşdə çinli Şiyan Xu ilə üz-üzə gəlib.

Rəqibinə vazari xalı ilə qalib gələn Kindzerska bürünc medal qazanıb.

Bu gün mübarizəyə qoşulmuş Uşangi Kokauri yarışı medalsız başa vurub. Daha əvvəl Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq) və Aişə Qurbanlı (48 kq) medal qazana bilməyib. Orucov bürünc medal uğrunda görüşdə uduzaraq beşinci yeri tutub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: