Sağlamlıq imkanları məhdud uşaqların “Ağbulaq İstirahət Mərkəzi”ndə istirahətləri təşkil olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bir qrup uşağın sosial könüllülərin müşayiəti ilə təşkil olunan səfərdə uşaqlar əvvəlcə Mərkəzdə yaradılan şəraitlə tanış olub, onlar üçün ayrılmış otaqlarda yerləşdiriliblər. İstirahət müddətində onlar Ağbulaq kəndini gəzib, təbiətin gözəllikləri ilə yerində tanış olublar. Həmçinin müvafiq kateqoriyadan olan uşaqlar sosial könüllülərlə birgə oxunması zəruri olan kitabları mütaliə edib, intellektual oyunlarda bilik və bacarıqlarını yoxlayıblar. Onlar üçün vətənpərvərlik mövzusunda Azərbaycan filmlərinin nümayişi də təşkil olunub.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin mart ayının 15-də təsdiq etdiyi “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtının səmərəli təşkili, onların sərbəst yaşayış imkanlarının artırılması, cəmiyyətə inteqrasiyası məqsədilə müvafiq tədbirlərin icrası davam etdirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: