“Zəfər düşərgəsi”ndə dördüncü gün... - VİDEO
Türkiyənin 81 rayonu və ölkəmizin hər bir bölgəsindən olmaqla, ümumilikdə 200-dən artıq gəncin iştirakı ilə keçirilən “Zəfər düşərgəsi”nin dördüncü günü də çoxsaylı tədbirlərlə yadda qalıb.
Günə gənclər “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksini ziyarətlə başlayıblar.
Daha sonra “Təbriz” otelinin tədbirlər zalında hər iki ölkə gənclərinin ortaq mədəniyyətlərimizin öyrənilməsi, ölkələrimizin tarixi haqqında gənclərin maarifləndirilməsi, eyni zamanda 2021-ci ilin Türkiyədə “Yunis Əmrə və Türk dili” ili olması münasibətilə silsilə tədbirlər təşkil edilib.
NUHÇIXAN İnformasiya Agentliyi Naxçıvan televiziyasının əməkdaşlarının hazırladığı düşərgənin dördüncü gününə həsr edilmiş videomaterialı təqdim edir:
Rəmzi Tahirli