Futbol üzrə Azərbaycan Premyer Liqasının yeni mövsümünün püşkatma mərasimi keçirilib

A- A A+

İyulun 30-da futbol üzrə Azərbaycan Premyer Liqasının 2021-2022-ci illər mövsümünün püşkü atılıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, AFFA-nın inzibati binasında təşkil olunan püşkatma mərasimində Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, Premyer Liqada çıxış edən klubların nümayəndələri, jurnalistlər iştirak ediblər.

Çempionatın birinci turunun oyunları avqustun 14-15-də keçiriləcək. Yeni mövsümün birinci turunda “Zirə”–“Qarabağ”, “Neftçi”–“Qəbələ”, “Keşlə”–“Sumqayıt” və “Sabah”–“Səbail” görüşləri oynanılacaq.

Turun təqvimi barədə yaxın günlərdə ətraflı məlumat veriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: