Tokio-2020: Türkiyə ilk qızıl medalını qazanıb

A- A A+

Türkiyə Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk qızıl medalını qazanıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, Mete Qazoz kamandan oxatma üzrə kişilərin fərdi yarışında bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İdmançı finalda İtaliya təmsilçisi Mauro Nespolini məğlub edib.

O, bu idman növündə ölkəsinə ilk olimpiya qızılını qazandıran idmançı kimi tarixə düşüb.

Qeyd edək ki, Türkiyə olimpiadada 3 medalla (1 qızıl, 2 bürünc) hələlik 32-ci pillədə qərarlaşıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: