Tokioda 2020-ci ildə keçiriləcək Olimpiya və Paralimpiya Oyunları üçün Yaponiyanın Saytama prefekturasında könüllülərin işə qəbuluna başlanıb.
NUHÇIXAN xəbər verir ki, Saytamada idmanın 4 növü, o cümlədən futbol və basketbol üzrə yarışlar keçiriləcək.
Könüllülərin vəzifəsi oyunlara baxmağa gələcək qonaqları stansiyanın və digər obyektlərin yaxınlığında qarşılayaraq, onlara yolu göstərməkdən ibarət olacaq. Könüllülər, həmçinin Saytama prefekturası barədə informasiyanın əks olunduğu kitabçalar da paylayacaqlar.
Prefekturanın hakimiyyət orqanlarının bildirdiyinə görə, oyunların təşkilinə kömək üçün 5400 könüllüyə ehtiyac var. Onlardan 4000-nin təcrübəyə və ya hansısa xüsusi ixtisas biliklərinə malik olmasına ehtiyac duyulmadığı bildirilir.
Oyunlar zamanı könüllü olmaq istəyənlər sentyabrın 30-dək internet vasitəsilə müraciət edə bilərlər.