Naxçıvanlı şahmatçı beynəlxalq yarışın mükafatçıları sırasında - FOTOLAR
Serbiyanın Voyevodina muxtar vilayətində şahmat üzrə beynəlxalq açıq çempionat təşkil olunub.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, 6 gün davam edən “XI Open International Championship of Vojvodina 2021” yarışına 14 ölkədən ümumilikdə 140 idmançı qatılıb. Çempionatın görüşləri iki qrupda oynanılıb. Naxçıvan Şahmat Federasiyasının idmançısı Rza Həsənov 81 iştirakçının qərarlaşdığı “B” qrupunda mübarizə aparıb. Ölkəmizi bu qrupda təmsil edən yaganə şahmatçı 8 görüşdən 5,5 xal (5 qələbə, 1 heç-heçə, 2 məğlubiyyət) toplamağa müəssər olub. Bu nəticə ilə 14 yaşlı şahmatçılar arasında 2-ci olan Rza, reytinq əmsalını da 137 xal artırıb.