"Sabah" futbolçusu Ozan Can Kökçü ilə yollarını ayırıb.
NUHÇIXAN İnformasiya Agentliyi klubun rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçinin keçidi ilə bağlı Niderlandın “Telstar” komandası ilə razılığa gəlinib.
Qeyd edək ki, Azərbaycan millisinin də formasını geyinən Kökçü 2019-cu ildən Bakı təmsilçisinin uğurları üçün çalışırdı. Ötən mövsümün ikinci yarısını “Telstar”da icarədə keçirən oyunçu “Sabah”da ümumilikdə 29 oyunda meydana çıxıb.