Gənclərin “Yay məktəbi”ndə növbəti mərhələyə start verildi - FOTOLAR

A- A A+

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, “Yay məktəbi”nin budəfəki mərhələsində muxtar respublikada fəaliyyət göstərən orta ixtisas müəssisələrinin tələbələri, həmçinin könüllü gənclər iştirak edir.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Həmkarlar İttifaqları Şurası, YAP Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyi və Heydər Əliyev adına Gənclər Birliyi tərəfindən təşkil olunan ənənəvi “Yay məktəbi” 3 gün davam edəcək. Layihənin proqramına əsasən, bu müddət ərzində təlim, konsert proqramı, müxtəlif idman oyunları, müsabiqələr, intellektual yarışlar və film nümayişi təşkil olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: