Gürcüstan ağırlıqqaldıranı “Tokio-2020”də dünya rekordu müəyyənləşdirib

A- A A+

Gürcüstan ağırlıqqaldıranı Laşa Talaxadze “Tokio-2020”də dünya rekordu müəyyənləşdirib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 109 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən atlet 488 kiloqram nəticə ilə bütün rəqiblərini qabaqlayıb və Olimpiya çempionu olub.

İran təmsilçisi Əli Davudi yarışı ikinci, suriyalı Man Asaad isə üçüncü pillədə başa vurub.

Qeyd edək ki, Gürcüstan 2 qızıl, 4 gümüş və 1 bürünc medalla ölkələrin sıralamasında 23-cü pillədə qərarlaşıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: