Tokio-2020: Hacı Əliyev və Mariya Stadnikin rəqibi bəlli olub

A- A A+

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik və sərbəst güləşçilər Hacı Əliyevlə Şərif Şərifovun Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk rəqibi bəlli olub.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, 50 kq çəki dərəcəsində çıxış edən Stadnik ilk görüşünü 1/8 final mərhələsində rusiyalı Stalvira Orşuşa qarşı keçirəcək.

65 kq-da mübarizə aparan Hacı Əliyev seneqallı Adama Diatta ilə güləşəcək. Şərif Şərifov (97 kq) isə rusiyalı Abdulrəşid Sadullayevin müqavimətini qırmağa çalışacaq.

Qeyd edək ki, hər 3 güləşçi yarışa avqustun 6-da qoşulacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: