Tokio-2020 Yay Olimpiya Oyunlarında qadın futbolçulardan ibarət İsveç və Kanada komandaları arasında keçiriləcək final oyununun yeri və saatı dəyişdirilib.
NUHÇIXAN İnformasiya Agentliyi yarışın Təşkilat Komitəsinin rəsmi saytına istinadən xəbər verir ki, avqustun 6-da planlaşdırılan matç Yokohamada gerçəkləşəcək və Bakı vaxtı ilə 16:00-da start götürəcək.
Qarşılaşmanın daha əvvəl Tokiodakı Olimpiya Stadionunda Bakı vaxtı ilə saat 06:00-da təşkili nəzərdə tutulub.
Təxirəsalma FIFA və Beynəlxalq Olimpiya Komitəsi ilə birgə razılaşdırılıb və idmançıların qayğıları ilə əlaqədardır.