Tokio-2020 Yay Olimpiya Oyunlarında 75 kiloqramadək çəki dərəcəsində azərbaycanlı karateçi Rəfael Ağayev ikinci görüşündə Avstraliya idmançısı Tsuneari Yahiro ilə qarşılaşıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, R.Ağayev 5:0 hesabı ilə rəqibinə qalib gəlib.
Növbəti görüşlərdə karateçimiz Qazaxıstan karateçisi Nurkanat Ajikanov və italiyalı Luici Buza ilə qarşılaşacaq.