İkinci Avtoidman Oyunları 2022-ci ilə təxirə salınıb

A- A A+

Bu ilin oktyabrında Fransada keçirilməsi nəzərdə tutulan ikinci Avtoidman Oyunları bir il sonraya təxirə salınıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Beynəlxalq Avtomobil Federasiyası qərar qəbul edib.

Oyunlar 2020-ci il oktyabrın 23-dən 25-dək Marsel şəhərindəki Pol-Rikar trasında keçirilməli idi. Lakin həmin vaxt yarış koronavirus pandemiyasına görə bir il sonraya təxirə salınmışdı. Qərar dünyada mövcud məhdudiyyətlər səbəbindən qəbul olunub.

Oyunlarda GT, turinq, Formula 4, drift, kartinqin slalom növü və virtual yürüş üzrə yarışlar təşkil olunacaq.

İlk Avtoidman Oyunlarına 2019-cu ilin noyabrında İtaliya ev sahibliyi edib. Romanın yaxınlığındakı Vallelunqa trasında baş tutan yarışlarda Rusiya komanda hesabında birinci olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: