“Tokio-2020”: Sərbəst güləşçimiz Şərif Şərifov Olimpiya Oyunlarını medalsız başa vurub

A- A A+

Azərbaycanın sərbəst güləşçisi Şərif Şərifov “Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarını medalsız başa vurub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 97 kiloqram çəki dərəcəsində çıxış edən idmançımız üçüncü yer uğrunda görüşdə kubalı Reyneris Salas Peres ilə qarşılaşıb. Görüş 3:3 hesabı ilə başa çatsa da, sonuncu xalı qazandığı üçün rəqib idmançı bürünc medala sahib olub.

“London-2012”nin qalibi olan Şərif Şərifov Tokio Olimpiadasında mübarizəyə səkkizdəbir final mərhələsindən başlayıb. O, birinci görüşdə Rusiya Olimpiya Komitəsinin təmsilçisi Abdulrəşid Sadullayevə 0:5 hesabı ilə uduzub. A.Sadullayev finala yüksəldiyi üçün güləşçimiz təsəlliverici görüşə qatılmaq hüququ qazanıb. Təsəlliverici görüşdə gürcüstanlı Elizbar Odikadzeni 7:5 hesabı ilə məğlub edərək bürünc medal uğrunda qarşılaşmada iştirak hüququ qazanıb.

Hazırda Azərbaycan millisinin hesabında 2 gümüş və 3 bürünc medal var. Gümüş medalları ölkəmizin aktivinə Hacı Əliyev və karateçi Rafael Ağayev, bürünc medalları isə cüdoçu İrina Kindzerska, boksçu Alfonso Dominges və yunan-Roma güləşçisi Rafiq Hüseynov yazdırıblar. Bundan başqa, karateçimiz İrina Zaretska da yarımfinala yüksəlməklə ən azı bürünc medalı təmin edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: