Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal uğrunda görüşə çıxıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, 50 kq çəki dərəcəsində mübarizə aparan idmançı monqolustanlı Namuuntsetseq Tsoqt Oçir ilə üz-üzə gəlib.
Rəqibinə qalib gələn Stadnik ikinci dəfə olimpiadalarda bürünc medal qazanıb.