"Barselona"nın prezidenti Messinin PSJ-yə keçəcəyini təsdiqləyib

A- A A+

İspaniya "Barselona"sından ayrılan argentinalı futbolçu Lionel Messinin Fransa PSJ-sinə keçəcəyi dəqiqləşib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Kataloniya təmsilçisinin prezidenti Joan Laporta "Tuttomercatoweb" nəşrinə açıqlamasında deyib.

Funksioner 34 yaşlı hücumçunun Paris klubuna transfer olacağını təsdiqləyib: "Onun "Barselona"da qalmasını istərdim. Bunun üçün hər şeyi etdim. Amma alınmadı".

Qeyd edək ki, Lionel Messinin PSJ ilə 3 illik müqavilə imzalayacağı və illik 40 milyon avro qazanacağı bildirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: