Yeniyetmə şahmatçımız dünya kubokunda liderlər qrupunda mübarizəni davam etdirir

A- A A+

Yeniyetmə şahmatçılar arasında dünya kuboku yarışları davam edir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 10-12-14-16-18 yaşlı yeniyetmələr arasında rapid üzrə onlayn dünya kuboku yarışlarında ölkəmizi müxtəlif yaş qruplarında 29 zəka sahibi təmsil edir.

On iki yaşlıların yarışında təmsilçimiz Azadəli Cahangirov 4 turdan sonra maksimum xalla liderlər qrupunda mübarizə aparır.

Qeyd edək ki, artıq 10 yaşlı oğlanlar və 18 yaşlı qızlar arasında seçmə yarışları yekunlaşıb. On turdan sonra 10 yaşlı oğlanların yarışında Azərbaycan şahmatçısı Xaqan Əhməd 9 xalla birinci yeri tutub.

On səkkiz yaşlı qızlar arasında keçirilən seçmə yarışda isə təmsilçilərimizdən Ayan Allahverdiyeva 7,5 xalla 3-cü, Gövhər Beydullayeva 7 xalla 7-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, seçmə mərhələdə hər yaş qrupunda ilk 10 yerin sahibi final mərhələsinə vəsiqə qazanır.

Avqustun 26-dan 31-dək dünya kubokunun final mərhələsi keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: