Karate üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib - FOTOLAR
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi ilə təşkil olunan yarış İlham Əliyev adına Olimpiya İdman Kompleksində reallaşıb. Qız və oğlan idmançıların iştirak etdiyi birincilikdə Naxçıvan şəhəri, Babək, Şərur və Sədərək rayonları təmsil olunub.
Naxçıvan Karate-do Federasiyası ilə Gənclər və idman idarəsi tərəfindən birgə təşkil edilən yarışa 4 yaş qrupunda 7 çəki dərəcəsi üzrə ümumilikdə 50 idmançı qatılıb.
Nəticələrə əsasən, paxtaxt təmsilçiləri bütün kateqoriyalar üzrə qalib olublar. Belə ki, 6-7 yaş qrupunda Xəyyam Məmmədov (+20 kq), 8-9 yaş qrupunda Ayxan Musayev (-30 kq,), Kənan Həsənli (+30 kq), 10-11 yaş qrupunda Dəniz Binyətli (-35 kq), Rafiq Hüseynli (+35 kq), 12-13 yaş qrupunda isə Qafar Hüseynov (-40 kq) və Aminə Novruzzadə (-50 kq) bütün görüşləri qələbə ilə tamamlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Sonda ilk üçlükdə qərarlaşan karateçilərə diplom təqdim edilib.